Islam Times 3 Jun 2021 112021000000Thu, 03 Jun 2021 11:24:27 +0430 11:24 https://www.islamtimes.org/az/news/936058/təhqir-olunan-ab-ölkələri-abş-a-cavab-verə-bilmir-zaxarova -------------------------------------------------- Title : Təhqir olunan AB ölkələri ABŞ-a cavab verə bilmir - Zaxarova -------------------------------------------------- İslamtimes - Avropa Birliyi ölkələri ABŞ və Danimarkanın xüsusi xidmət orqanlarının avropalı siyasətçiləri dinləməsinə adekvat cavab vermək üçün bir yol tapa bilmirlər. Text : Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.   "Nə İsveç, nə Norveç, nə Fransa, nə də Almaniya ABŞ-Danimarka ikilisinin onlarla uyğun olmayan hərəkət etdiyini görməməzlikdən gələ bilmədi. Ancaq təhqir olunan ölkələr hələ də iddialarını necə tərtib edəcəklərini düşünməyiblər", - Zaxarova vurğulayıb.   Zaxarova siyasətçiləri dinlənilən ölkələrin nə sanksiya, nə də səfirliklərin bağlanması kimi addımlar atmadığını, yalnız Norveç və İsveçin Danimarkdan həssaslıqla izahat tələb etdiyini söyləyib.   Qeyd edək ki, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti 2012-2014-cü illərdə ABŞ Milli Təhlükəsizlik Agentliynin Danimarkanın köməkliyi ilə avropalı siyasətçiləri izlədiyini iddia edib.