Islam Times 26 Dec 2010 112010000000Sun, 26 Dec 2010 11:20:16 +0330 11:20 https://www.islamtimes.org/az/news/48061/pakistanda-cundullah-ın-edam-olunmuş-rəhbərinin-qardaşı-həbs-olunub -------------------------------------------------- Title : Pakistanda "Cundullah"ın edam olunmuş rəhbərinin qardaşı həbs olunub -------------------------------------------------- IslamTimes - ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbir olan "Cundullah"ın edam olunmuş rəhbərinin qardaşı həbs edildi Text : Pakistanın Turbat əyalətində "Cundullah" qruplaşmasının iyunda edam olunmuş rəhbəri Əbdülmalik Riqinin qardaşı Əbdülrauf Riqi və qruplaşmanın daha səkkiz üzvü həbs edilib. Bu barədə FARS agentliyi Sistan və Bəluçistan əyalətinin hərbi nümayəndələrinə istinadən xəbər yayıb. Cümə günü IRNA agentliyi Pakistan KİV-inə istinadən xəbər verib ki, "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqi dekabrın 23-də axşam həbs olunub. Məlumata görə, Riqi mətbuat katibi səlahiyyətlərinin icraçısıdır. ILNA agentliyinin məlumatına görə, Pakistanın rəsmi nümayəndələri "Cundullah" qruplaşmasının rəhbəri Əbdülrauf Riqinin həbsi barədə məlumatı təkzib ediblər. Daha sonra Pakistandakı naməlum mənbələr Əbdülrauf Riqinin deyil, "Cundullah" qruplaşmasının rəhbəri Məhəmmədzahir Bəlucun həbs edildiyini təsdiqləyiblər. "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. "Cundullah" kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırılır. Bu qruplaşmanın ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbir olduğu bildirilir.