Islam Times 24 May 2022 112022000000Tue, 24 May 2022 11:29:38 +0430 11:29 https://www.islamtimes.org/az/news/995819/ərdoğan-isveç-və-finlandiya-seçim-etməlidirlər -------------------------------------------------- Title : Ərdoğan: "İsveç və Finlandiya seçim etməlidirlər” -------------------------------------------------- İslamTimes: "Bizim NATO-nun genişlənməsilə bağlı siyasətimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedən irəli gəlir". Text : Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə Finlandiya və İsveçlə bağlı hansı addımları atacağını bilir: "Bu ölkələr terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə”, "yox" eşitmək arasında seçim etməlidirlər. Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək".