Islam Times 19 Nov 2022 182022000000Sat, 19 Nov 2022 18:51:18 +0330 18:51 https://www.islamtimes.org/az/news/1025565/da-silva-bmt-təhlükəsizlik-şurasının-strukturu-dəyişdirilməlidir -------------------------------------------------- Title : Da Silva: BMT Təhlükəsizlik Şurasının strukturu dəyişdirilməlidir -------------------------------------------------- İslamTimes: Braziliyanın yeni prezidenti BMT Təhlükəsizlik Şurasını tənqid edərək, bu sistemin hazırkı strukturlarının dəyişdirilməsini və veto hüququna son veilməsinin vacibliyini vurğulayıb. Text : Braziliya prezidenti Lula da Silva Təhlükəsizlik Şurası və BMT-nin hazırkı strukturunu tənqid edib və deyib: "BMT Təhlükəsizlik Şurası dəyişdirilməli və bütün qitələrdən daha çox üzv daxil edilməlidir." O sözlərinə əlaə edib: "BMT Təhlükəsizlik Şurasının strukturu dəyişdirilməli və bir ölkənin veto hüququna malik ola biləcəyi ideyasına son qoyulmalıdır." Qeyd edək ki, bundan əvvəl bəzi dövlət başçıları, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin strukturunun, xüsusilə də bu birliyin Təhlükəsizlik Şurasının tərkibi və mexanizminin dəyişdirilməsinin zəruriliyini vurğulamışdılar.