Islam Times 23 Jan 2022 232022000000Sun, 23 Jan 2022 23:17:34 +0330 23:17 https://www.islamtimes.org/az/news/975254/ənsarullah-koalisiya-ölkələrinə-hücumlarımız-bu-zamanadək-davam-edəcək -------------------------------------------------- Title : Ənsarullah: Koalisiya ölkələrinə hücumlarımız bu zamanadək davam edəcək -------------------------------------------------- İslamTimes: Ənsarullah rəsmisi: Səudiyyə koalisiyasına üzv ölkələrə hücumlarımız Yəmənin mühasirəsinə son qoyulanadək davam edəcək Text : Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti bildirib ki, təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına üzv ölkələr Yəməndə törətdikləri cinayətləri pərdələmək üçün ictimai fikri yayındırmaq siyasətinə əl atıb. Məhəmməd əl-Bəxiti deyib: "Səudiyyə koalisiyası hər məğlubiyyətdən sonra dinc sakinləri bombalayır. Bir çox rejimlərin mövqeyi koalisiya ölkələrinə dəstək vermək, onların cinayətlərini ört-basdır etməkdir." Bu barədə Ənsarullah rəsmisi əlavə edib: "Yəmən xalqının müqaviməti ərəb xalqlarının ərəb-islam maraqlarına uyğun hərəkət etmələri üçün ilham mənbəyinə çevriləcək... Yəmənin internet şəbəkəsinə hücumlar isə Yəməni xarici dünyadan ayırmaq və koalisiyanın cinayətlərini gizləmək üçün atılmış bir addımdır."