Islam Times 18 Apr 2021 102021000000Sun, 18 Apr 2021 10:34:39 +0430 10:34 https://www.islamtimes.org/az/news/927860/abş-ın-dörd-ştatında-bu-vaksininin-istifadəsi-dayandırıldı -------------------------------------------------- Title : ABŞ-ın dörd ştatında bu vaksininin istifadəsi dayandırıldı -------------------------------------------------- İslamTimes: Corciya ştatı 8 nəfər “Johnson&Johnson” vaksini ilə peyvəndin yan təsirlərinə məruz qaldıqdan sonra peyvənd mərkəzlərini müvəqqəti bağlayan dördüncü ştat olub. Text : Publika.az xəbər verir ki, bu həftə Şimali Karolinada 18 nəfər yan təsirlərinin olduğunu bildirib, Koloradoda peyvənd olunmuş 11 nəfər isə başgicəllənmə, ürək bulanması və huşunu itirmə kimi simptomlarla inyeksiyaya reaksiya göstərib. Bundan əlavə, Ayova ştatında vaksinasiya dayandırılıb. Ueyk dairəsinin mətbuat katibi Steysi Bird 18 nəfərin peyvəndə mənfi reaksiyası olduğunu bildirib. Ötən gün klinikada 2300-dən çox “Johnson&Johnson” peyvəndi tətbiq edilib, yəni peyvənd olunanların 0,78 faizində mənfi reaksiya qeydə alınıb. Reaksiya olan 14 nəfər Ueyk dairəsinin təcili yardım xidməti tərəfindən müayinə edilib, onlar yerində müalicə alıblar. Dörd nəfər müayinə üçün yerli xəstəxanaya aparılıb. Koloradoda “Johnson & Johnson” peyvəndi alan 1700 nəfərdən 13-də mənfi reaksiyalar olub. Koloradoda iki nəfər müşahidə olunmaq üçün xəstəxanaya aparılıb. Qriplə əlaqəli hərarət, baş ağrısı və əzələ ağrıları kimi simptomlar peyvənddən iki gün sonra ortaya çıxır. Yorğunluq, baş ağrısı və əzələ ağrısı orta hesabla iki gün, ürək bulanması və hərarət bir gün davam edir.