Islam Times 28 Jun 2022 142022000000Tue, 28 Jun 2022 14:38:33 +0430 14:38 https://www.islamtimes.org/az/news/1001633/iraq-prezidenti-parlamentin-israillə-bağlı-qərarını-imzalamadığına-görə-kəskin-tənqid-edilib -------------------------------------------------- Title : İraq prezidenti Parlamentin İsraillə bağlı qərarını imzalamadığına görə kəskin tənqid edilib -------------------------------------------------- İslamTimes: Müqtəda Sədr İraqın prezidenti Bərhəm Salehi İsraillə bağlı qərarı imzalamadığına görə kəskin tənqid edib. Text : SalamNews xəbər verir ki, İraqın nüfuzlu din alimi Müqtəda Sədr bu barədə tvitter səhifəsində paylaşım edib. O, bildirib ki, Bərhəm Saleh İsraillə münasibətləri normallaşdırmağı qadağan edən Parlamentin qərarını imzalamamaqla çox utancverici hərəkət edir. “İraq prezidentinin münasibətləri normallaşdırmağı qadağan edən qanunu imzalamamağı çox çox utancvericidir. Bu bir xalq üçün eybdir ki, onların prezidenti (İsraillə) münasibətləri normallaşdırmağın tərəfdarıdır, milli sima deyil və Qərbə itaətkar biridir. Mən onun bu işindən Allaha pənah aparıram və onu prezidentliyə namizədliyini irəli sürməkdən təəssüf edirəm”, deyə Sədr əlavə edib. Qeyd edək ki, İraq Parlamenti ötən ay İsraillə münasibətləri normallaşdırmağı qadağan edən qanun layihəsini qəbul edib.