Islam Times 25 Sep 2021 042021000000Sat, 25 Sep 2021 04:07:26 +0330 4:07 https://www.islamtimes.org/az/news/955580/konqres-əfqanıstana-görə-baydenə-qarşı-impiçment-tələb-edir -------------------------------------------------- Title : Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir -------------------------------------------------- İslamTimes ABŞ-ın Respublikaçı Partiyasından olan Lauren Bobert Əfqanıstandan qoşunların çıxarılmasında səhvlər olduğunu iddia edərək, prezident Cozef Baydenin istefasını tələb edib. Text : "RİA Novosti" agentliyinin yaydığı xəbərə görə, Lauren Bobert vurğulayıb ki, Bayden prezident kimi öz vəzifəsinə laqeyd yanaşıb və ABŞ-ın milli təhlükəsizliyini təmin edə bilməyib. Bu isə konstitusiya andının pozulmasıdır. Bobertin fikrincə, qoşunlar Əfqanıstandan çıxarılan vaxt orada bahalı texnika qalıb və bu hərəkətlərlə bağlı heç bir araşdırma və ya istefa olmayıb. "ABŞ Prezidentinin qərarsızlığı və səriştəsizliyi Əfqanıstandakı amerikalıların həyatına son qoyub", - respublıikaçı əlavə edib.