Islam Times 28 Dec 2020 222020000000Mon, 28 Dec 2020 22:45:18 +0330 22:45 https://www.islamtimes.org/az/news/906782/moskva-hbfp-2-planına-qarşı-çıxıb -------------------------------------------------- Title : Moskva "HBFP 2" planına qarşı çıxıb -------------------------------------------------- İslamTimes: Rusiya xarici işlər nazirinin müavini HBFP planına yeni maddələrin əlavə edilməsinin yanlış addım olduğunu bildirib. Text : Rusiya Xarici İşlər Nazirinin müavini bildirib ki, HBFP planına yeni əlavələr edilməsi səhv addımdır və mövcud vəziyyəti daha da pisləşdirəcək. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Tvitter səhifəsində yazıb: "Rusiya Xarici İşlər Naziri Sergey Larovun son günlərdə təklif etdiyi qarşılıqlı addımlara əsaslanan plan HBFP sazişindəki vacib prinsipləri əhatə edir. Bu gün mövcud nüvə sazişinə yeni maddələr əlavə etmək işləri daha da çətinləşdirəcək. Bu səbəbdən "HBFP Plus" kimi yeni layihələr təklif etmək səhv və yersiz bir addımdır." Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova da bu yaxınlarda ABŞ-ın İranla nüvə razılaşmasına geri dönməsinin hər hansı bir ön şərtsiz olmasının zəruriliyi barədə danışmışdı.