Islam Times 18 May 2014 002014000000Sun, 18 May 2014 00:41:09 +0430 0:41 https://www.islamtimes.org/az/news/383684/olland-qaçırılan-qızlarla-bağlı-təklif-verdi -------------------------------------------------- Title : Olland qaçırılan qızlarla bağlı təklif verdi -------------------------------------------------- IslamTimes - Fransa prezidenti Fransua Olland Nideriyada fəaliyyət göstərən “Boka Haram” qruplaşmasına qarşı mübarizə planı hazırladığını bildirib. Text : “Axar.az” xarici mətbuata istinadən xəbər verir ki, Nigeriya prezidenti Qudlak Conatan ilə görüşü zamanı Olland terrorçu qruplaşmanın oğurladığı 284 məktəblinin azad olunması üçün bütün vasitələrdən istifadə edəcəkələrini bilidirib:  “Bu gün biz lokal və qlobal fəaliyyətlərimizi yaxın və uzaq perspektivə hesablamışıq”- deyə Olland görüş sonrası deyib. O əlavə edib ki, Nigeriya sərhədlərinin patrul olunub kəşfiyyat məlumatlarının verilməsində Qərb dövlətləri Nigeriyaya yardım edəcək. Lakin o, beynəlxalq qüvvələrin əraziyə yeridilməsi məsələsinə toxunmayıb.