Islam Times 21 Jan 2023 192023000000Sat, 21 Jan 2023 19:53:12 +0330 19:53 https://www.islamtimes.org/az/news/1036879/fransada-etiraz-aksiyaları-keçirilir -------------------------------------------------- Title : Fransada etiraz aksiyaları keçirilir -------------------------------------------------- İslamTimes: Fransada təklif olunan pensiya islahatları ilə bağlı genişmiqyaslı etiraz aksiyaları keçirilir. Text : APA beynəlxalq mətbuata istinadən xəbər verir ki, təqaüd yaşının artırılması planlarına qarşı ümummilli tətillər fonunda yanvarın 19-da ən azı 1,1 milyon insan Paris və Fransanın digər şəhərlərində küçələrdə etiraz aksiyası keçirib, lakin prezident Emmanuel Makron təklif olunan pensiya islahatlarını davam etdirəcəyini bildirir. Kütləvi müqavimət nümayişindən cəsarətlənən Fransa Həmkarlar İttifaqları yanvar ayı ərzində yeni tətillər və etirazların davam edəcəyini elan edib. Onlar yanvarın 31-də daha bir böyük aksiyanın keçiriləcəyini bəyan ediblər. Keçirilən etiraz tətilləri ictimai nəqliyyatın fəaliyyətini ciddi şəkildə dayandırıb və bir çox məktəblər bağlanıb. Fransanın Lion, Bordo, Marsel və Tuluza şəhərlərində qatar maşinistləri, ictimai sektor işçiləri və neft emalı zavodunun işçiləri də aksiyalara qoşulub. Parisdə keçirilən aksiyalar zamanı polis və etirazçılar arasında toqquşma halları yaşanıb, 38 etirazçı həbs olunub. İslahatın həyata keçirilməsində israrlı olan Prezident Makron deyir ki, bu tədbir pensiya sistemini maliyyə cəhətdən davamlı saxlamaq üçün lazımdır, lakin Həmkarlar İttifaqları bunun zəhmətkeşləri təhdid etdiyini söyləyir.