Islam Times 22 Dec 2021 112021000000Wed, 22 Dec 2021 11:52:59 +0330 11:52 https://www.islamtimes.org/az/news/969710/abş-ın-iran-nümayəndəsi-yalnız-bir-neçə-həftəmiz-var -------------------------------------------------- Title : ABŞ-ın İran nümayəndəsi: "Yalnız bir neçə həftəmiz var!" -------------------------------------------------- İslamTimes: ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali CNN telekanalına müsahibəsində Vyana danışıqlarında İrana təzyiq göstərmək üçün taktikasını təkrarlayıb. Text : O, iddia edib ki, 2015-ci il nüvə sazişini canlandırmaq üçün vaxt bitmək üzrədir: "Çox da uzaq olmayan gələcəkdə belə nəticəyə gələcəyik ki, nüvə sazişi artıq mövcud deyil və biz tamamilə yeni və fərqli bir razılaşma üzərində danışıqlar aparmalı olacağıq. Təbii ki, bu yolla biz artan böhran dövrünə qədəm qoyacağıq. İran (nüvə proqramı) indiki tempi ilə davam edərsə, cəmi bir neçə həftə və daha çox (razılaşmaq üçün vaxtımız var) və bu nöqtədə nəticə ilə bağlı heç bir razılaşmanın olmaması olacaq". İranın bütün sanksiyaların ləğvini hər şeydən üstün tutduğunu qeyd edən ABŞ diplomatı Vaşinqton administrasiyasının addım-addım yanaşmaya hazır olduğunu bir daha bəyan edib. Robert Mali bir daha vurğulayıb ki, İran danışıqlarda öz maraqlarını təmin etmək üçün nüvə proqramının inkişafından istifadə etməyə çalışır. /Eastnews/