Islam Times 19 May 2022 112022000000Thu, 19 May 2022 11:30:22 +0430 11:30 https://www.islamtimes.org/az/news/995018/national-interest-türkiyə-rusiya-ilə-münasibətləri-korlaya-bilməz -------------------------------------------------- Title : National Interest: Türkiyə Rusiya ilə münasibətləri korlaya bilməz -------------------------------------------------- İslamTimes: Rusiya Türkiyənin mühüm ticarət tərəfdaşıdır və Rusiyanın “Rosatom” şirkəti ölkənin ilk atom elektrik stansiyasının tikintisini başa çatdırır, ona görə də Ankara belə “həyati vacib tərəfdaşı” itirməyə göz yuma bilməz. Text : SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir k, bu barədə analitik Harun Karçik “National Interest” jurnalında dərc olunan məqalədə yazıb. Karçik, Türkiyənin təbii qazının 45%-ni, neftin 17%-ni və buğdanın 70%-ni Rusiyanın təmin etdiyinə diqqət çəkib. Onun sözlərinə görə, 2021-ci ildə ümumi turist axınının 19%-ni rusiyalı turistlər təşkil edib, "Rosatom" isə 2023-cü ildə Türkiyədə fəaliyyətə başlaması nəzərdə tutulan ilk atom elektrik stansiyasını tikir. "Türk lirəsinin bir ildən az müddətdə 47% dəyər itirdiyi bir vaxtda Türkiyə belə həyati tərəfdaşını itirməyə göz yuma bilməz", deyə Karçik bildirib. Müəllif onu da qeyd edir ki, 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd hər iki ölkə prezidentini bir-birinə daha da yaxınlaşdırıb. "Ankara çox güman ki, Ukrayna və Rusiya yönümlü yox, tamamilə Türkiyə yönümlü praqmatik xarici siyasət yürütməyə davam edəcək", deyə Karçik məqalədə qeyd edib.