Islam Times 29 Jan 2020 092020000000Wed, 29 Jan 2020 09:26:29 +0330 9:26 https://www.islamtimes.org/az/news/841315/iraqda-hərbi-bazalara-hücum-zamanı-50-abş-hərbçisi-yaralanıb -------------------------------------------------- Title : İraqda hərbi bazalara hücum zamanı 50 ABŞ hərbçisi yaralanıb -------------------------------------------------- İslamTimes: Yanvarın 8-nə keçən gecə İraqdakı iki hərbi bazaya endirilən raket zərbələri nəticəsində 50 ABŞ əsgəri başından xəsarət alıb.  Text : APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-polkovnik Tomas Kampbel açıqlamasında deyib. “İranın raket zərbəsi nəticəsində bu günə qədər ABŞ-ın 50 əsgərinə kələə-beyin xəsarəti diaqnozu qoyulub”, - deyə general yaralıların sayının arta biləcəyini vurğulayıb. Digər Pentaqon sözçüsü Conatan Hoffman isə keçən həftə ümumilikdə 34 əsgərə kəllə-beyin xəsarəti diaqnozu qoyulduğunu söyləyib. Lakin ABŞ Prezidenti Donald Tramp əvvəllər atəş zərbəsi nəticəsində kiminsə ölmədiyi və hətta xəsarət almadığını söyləmişdi.