Islam Times 14 Aug 2022 132022000000Sun, 14 Aug 2022 13:23:45 +0430 13:23 https://www.islamtimes.org/az/news/1009130/tel-əviv-rusiya-fələstinə-silah-göndərir -------------------------------------------------- Title : Tel-Əviv: Rusiya Fələstinə silah göndərir -------------------------------------------------- İslamTimes: “Məariv” qəzetinin xəbərinə görə, sionist rejimin başçısı Rusiya prezidenti ilə telefon danışığında Moskvanı Fələstin müqavimət qruplarına silah çatdırmaqda, onlara kömək etməkdə ittiham edib. Text : İşğalçı İsrail rejimi prezidenti İshaq Hersoqun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına baxmayaraq, Rusiya ilə sionist rejim arasında münasibətlər gərgin vəziyyətini davam etdirir. Belə ki, sionist rejim mediası münasibətlərin daha gərgin yöndə irəlilədiyini yazır. Sionist rejim mediası bildirir ki, bu telefon zəngi səmimiyyətdən kənar olaraq Tel-Əvivin müvəqqəti baş naziri Yair Lapidin istəyi ilə yəhudilərin agentlik bürosunun bağlanması məsələsini araşdırmaq üçün edilib. Yəhudi agentliyi bu danışığın qeyri-səmimi olduğunu deyib. Rus mənbələri bildirir ki, Hersoq Putinlə Rusiyadan Fələstinin Müqavimət təşkilatlarına silah göndərilməsini müzakirə edib. Lakin yaxın günlərdə Kremlə yaxın dairələr bunu təkzib edib və belə bir məsələnin heç vaxt gündəmə gəlmədiyini bildiriblər. İsrailli jurnalist reportajının davamında yazıb ki, “Putin Herzoqa bu silahların Fələstin təşkilatlarına Rusiyadan deyil, Ukraynadan çatması mümkün olduğunu deyib. Lakin İsrail tərəfi bu silahların Fələstin təşkilatlarına təhvil verilmə marşrutunu göstərən məlumatlara sahib olduğunu iddia edib. Qeyd etmək lazımdır ki, sionist rejimlə Rusiya arasında münasibətlər Moskva-Kiyev müharibəsindən sonra gərginləşib. Tel-Əvivin UKraynaya dəstək verməsi və Moskvaya qarşı mövqeyi Moskvanın narazılığını artırıb.