Islam Times 11 Jan 2021 112021000000Mon, 11 Jan 2021 11:45:48 +0330 11:45 https://www.islamtimes.org/az/news/909446/şəhid-general-hacı-qasim-süleymaninin-vəsiyyətnaməsi-4 -------------------------------------------------- Title : Şəhid General Hacı Qasim Süleymaninin vəsiyyətnaməsi - 4 -------------------------------------------------- İslamtimes -Bu dünyada Quran səsi kimi rahatlıq tapdığım, özümə ən böyük mənəvi dayaq bildiyim səs – bəzən hər gün ünsiyyətdə olduğum şəhid övladlarının, vücudlarında ata-anamı hiss etdiyim şəhid valideynlərinin səsi idi. Text : Əziz Kirman əhalisinə... Əziz Kirman əhalisinə bir məqamı xatırladacağam. Onlar sevimli insanlardır, səkkizillik müqəddəs müdafiə zamanı ən böyük fədakarlıqları göstərmiş, İslama çox dəyərli komandir və mücahidlər təqdim etmişlər. Mən həmişə onlardan xəcalətli qaldım. Onlar İslama görə səkkiz il mənə inanıb övladlarını “Kərbəla-5”, “Vəlfəcr-8”, “Qüds yolu”, “Fəthül-mübin”, “Beytül-müqəddəs” və digər ağır döyüşlərə yollamışlar, məzlum İmam Hüseyn ibn Əlinin eşqi ilə “Sarəllah” adlı böyük və dəyərli bir diviziya yaratmışlar. Bu diviziya kəsərli qılınc kimi dəfələrlə xalqımızın və müsəlmanların qəlbini sevindirmiş, kədərini aradan qaldırmışdır. Əzizlərim! Mən artıq İlahi təqdirlə sizin aranızdan getmişəm. Mən sizi öz ata-anamdan, övladlarımdan, bacı və qardaşlarımdan çox sevirəm. Çünki onlardan çox sizinlə bir yerdə olmuşam. Üstəlik, mən onların, onlar da mənim ürək parçam olsalar da, varlığımı sizə və İran xalqına nəzir etdiyimi qəbul etmişlər. Kirmanın həmişə, sonadək vilayətə sadiq qalmasını istəyirəm. Bu vilayət Əli ibn Əbu Talibin (ə) vilayəti, bu çadır – Fatimə (s.ə) Hüseyninin (ə) çadırıdır. Onun başına dolanın. Sizin hamınızlayam. Bilirsiniz ki, həyatda siyasi rənglərdən çox insanlığa, duyğu və fitrətlərə fikir vermişəm. Məni özünüzdən bildiyinizə, qardaşınız və övladınız saydığınıza görə, hamınıza müraciət edirəm. Vəsiyyət edirəm ki, bu dönəmdə İslam inqilabı və İslam respublikasında tərənnüm olunmuş İslamı tənha qoymayın. İslamı müdafiə etmək üçün xüsusi diqqət və sayıqlığa ehtiyac var. Siyasi məsələlərdə mövzu İslam, İslam Respublikası, müqəddəslər və vilayəti-fəqih olduqda bilin ki, bunlar – İlahi rənglərdir və İlahi rəngi hər bir rəngdən üstün tutun. Şəhid ailələrinə müraciət Övladlarım! Qız və oğullarım! Şəhid övladları! Şəhidlərin ata və anaları! Ey ölkəmizin nurlu çıraqları! Şəhidlərin vəfalı və dindar bacı-qardaşları və həyat yoldaşları! Bu dünyada Quran səsi kimi rahatlıq tapdığım, özümə ən böyük mənəvi dayaq bildiyim səs – bəzən hər gün ünsiyyətdə olduğum şəhid övladlarının, vücudlarında ata-anamı hiss etdiyim şəhid valideynlərinin səsi idi. Əzizlərim! Nə qədər ki, bu xalqın öncüllərisiniz, öz qədrinizi bilin, şəhidinizi özünüz də yaşadın. Qoy sizi görən hər kəs şəhidin özünü – mənəviyyatını, möhkəmliyini və digər xüsusiyyətlərini hiss etsin! Xahiş edirəm haqqınızı halal edin və məni bağışlayın. Mən çoxunuzun, hətta şəhid övladlarınızın da haqqını tam ödəyə bilmədim. Tövbə edir və əfv diləyirəm. İstəyirəm ki, cənazəmi şəhid övladları çiyinlərinə götürsünlər. Bəlkə onların pak əlləri sayəsində Allah Öz lütfünü mənə şamil edər.