Islam Times 30 Sep 2012 092012000000Sun, 30 Sep 2012 09:07:47 +0330 9:07 https://www.islamtimes.org/az/news/199643/abş-misirdən-kəsib-suriyalı-terroristlərə-caladı -------------------------------------------------- Title : ABŞ Misirdən kəsib suriyalı terroristlərə caladı -------------------------------------------------- IslamTimes - Rəsmi Vaşinqton bir neçə gün öncə Misirə 450 milyard dollarlıq maddi yardımı ləğv edərək Suriyadakı terroristlərə 45 milyon dollar ayırıb. Text : "IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Hillari Klinton bir neçə gün öncə "Suriyanın dostları" qrupu ilə görüşü zamanı deyib: "ABŞ Suriyada prezident Bəşar Əsədə qarşı vuruşan silahlılara daha 45 milyon dollar pul ayırıb." Misir xalqının küçələrə axışaraq ABŞ və İsrailə nifrət bəslədiklərini açıqlaması və ABŞ səfirliyinə hücum etməsindən sonra Ağ Ev bu ölkədən ümidini üzərək Suriyadakı terroristləri daha ciddi şəkildə himayə etməyə başlayıb. Birləşmiş Ştatlar bu günədək Suriyadakı terroristlərə 25 milyon dollar pul göndərib. Ağ Ev bu məbləğin kommunikasiya aparatları əldə edilməsi məqsədi ilə müxaliflərə ayırıldığını iddia edir.