Islam Times 21 Apr 2014 092014000000Mon, 21 Apr 2014 09:48:46 +0430 9:48 https://www.islamtimes.org/az/news/374846/universitetdə-terror-hdisəsi-12-nəfər-öldü -------------------------------------------------- Title : Universitetdə terror hdisəsi: 12 nəfər öldü -------------------------------------------------- IslamTimes - İraqın paytaxtı Bağdad şəhərindəki “İmam Kazım (ə)” universiteti “İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının hücumuna məruz qalıb. Text : ANS PRESS-in xəbərinə görə, terrorçu qruplaşma partlayıcı ilə yüklənmiş avtomobili universitetin qapısında işə salıb. Baş vermiş güclü partlayışda 5 mühafizəçi ölüb, terrorçuılar isə binaya daxil olaraq müəllimləri və tələbələri girov götürüblər. Bağdad polis idarəsi əməkdaşlarının keçiridiyi əməliyyatla girovlar xilas edilsə də, 11 girovun yaralandığı bildirilir. Bundan başqa əməliyyat zamanı 2 polis, 2 mühafizəçi, 2 İŞİD üzvü ölüb, daha bir terrorçu isə üzərinə bağladığı partlayıcını işə salaraq intihar edib.