Islam Times 19 Mar 2023 012023000000Sun, 19 Mar 2023 01:38:14 +0330 1:38 https://www.islamtimes.org/az/news/1047462/fransada-pensiya-islahatına-etirazlardan-sonra-kütləvi-tədbirlər-ləğv-edilib -------------------------------------------------- Title : Fransada pensiya islahatına etirazlardan sonra kütləvi tədbirlər ləğv edilib -------------------------------------------------- İslamTimes: Fransanın paytaxtı Parisin Konkord və Yelisey meydanlarında kütləvi toplantılar qadağan edilib. Text : "Report" BFMTV kanalına istinadən xəbər verir ki, paytaxt polisi pensiya islahatına qarşı etirazlardan sonra Milli Assambleyaya və Prezident iqamətgahına yaxın yerlərdə kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Belə ki, insanlar bu yerlərdə toplaşmağa cəhd etsələr, cərimələnə bilərlər. Telekanal xatırladıb ki, martin 16-ı və 17-də Parisin Konkord meydanında hökumətin pensiya islahatına qarşı etiraz aksiyaları keçirilib. Nümayişlər etirazçılarla asayiş qüvvələri arasında toqquşmaya çevrilib. Polis Parisdə 200-dən çox etirazçını saxlayıb. Qeyd edək ki, islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Müəyyən edilmiş pensiya yaşı həddinin hər il üç ay müddətində mərhələli şəkildə 62-dən 64-ə dəyişdiriləcəyi və bu prosesin 2030-cu ilə qədər davam edəcəyi deyilir.