Islam Times 6 Dec 2021 102021000000Mon, 06 Dec 2021 10:41:15 +0330 10:41 https://www.islamtimes.org/az/news/967109/azərbaycanın-tehrandakı-səfiri-iran-xin-in-sözçüsü-ilə-görüşüb-foto -------------------------------------------------- Title : Azərbaycanın Tehrandakı səfiri İran XİN-in sözçüsü ilə görüşüb (FOTO) -------------------------------------------------- İslamTimes: Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ilə görüşüb. Text : SalamNews xəbər verir ki, bu barədə səfir Əli Əlizadə rəsmi tvitter səhifəsində yazıb. Son günlərdə İran hökumətinin rəsmilərilə davamlı görüşlərilə bağlı məlumat verən səfir bu addımlar çərçivəsində İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ilə də görüşdüyü və iki ölkə əlaqələrilə bağlı məsələlərin müzakirə edildiyini yazıb. O həmçinin bundan öncə yazıb ki, İranın Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəisinin sədri Ə.Həqiqian ilə, eləcə də İran Parlamentinin sədr müavini Əli Nikzad ilə görüşüb.