Islam Times 2 Dec 2021 172021000000Thu, 02 Dec 2021 17:39:49 +0330 17:39 https://www.islamtimes.org/az/news/966605/əhaliyə-bəd-xəbər-gələn-ildən-əmək-haqqından-tutulma-artacaq -------------------------------------------------- Title : Əhaliyə BƏD XƏBƏR: Gələn ildən əmək haqqından tutulma artacaq -------------------------------------------------- İslamTimes: Əhaliyə BƏD XƏBƏR: Gələn ildən əmək haqqından tutulma artacaq Text : 2022-ci ildən əmək haqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq. Publika.az xəbər verir ki, bildirir ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq. 2022-ci ildən minimum əmək haqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək. Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı "pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq.