QR CodeQR Code

Çinin Ciddədəki görüşdə Ukrayna ilə bağlı mövqeyi açıqlanıb

7 Aug 2023 13:02

IslamTimes - Çinin xüsusi nümayəndəsi Li Huinin Ciddədə Ukrayna münaqişəsi ilə bağlı keçirilən görüşdə mövqeyi açıqlanıb.


APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui tərəflərlə Ukrayna münaqişəsinin siyasi həlli variantlarını müzakirə edib və Çinin bu məsələdə mövqeyini açıqlayıb. Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planına uyğun addımlar atmağın zəruriliyini bəyan edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi dərc edib. Sənəd 12 bənddən ibarətdir və burada atəşkəsin tez bir zamanda təmin edilməsi, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi məsələləri öz əksini tapıb.


Story Code: 1074219

News Link :
https://www.islamtimes.org/az/news/1074219/çinin-ciddədəki-görüşdə-ukrayna-ilə-bağlı-mövqeyi-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org