0
Monday 7 August 2023 - 13:02

Çinin Ciddədəki görüşdə Ukrayna ilə bağlı mövqeyi açıqlanıb

Story Code : 1074219
Çinin Ciddədəki görüşdə Ukrayna ilə bağlı mövqeyi açıqlanıb
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui tərəflərlə Ukrayna münaqişəsinin siyasi həlli variantlarını müzakirə edib və Çinin bu məsələdə mövqeyini açıqlayıb. Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planına uyğun addımlar atmağın zəruriliyini bəyan edilib.

Qeyd edək ki, bu ilin fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi dərc edib. Sənəd 12 bənddən ibarətdir və burada atəşkəsin tez bir zamanda təmin edilməsi, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi məsələləri öz əksini tapıb.