0
Thursday 2 November 2023 - 22:32

ABŞ-ın Rusiyaya yeni sanksiyası Türkiyəni də “vurdu”

Story Code : 1092994
ABŞ-ın Rusiyaya yeni sanksiyası Türkiyəni də “vurdu”
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Qara siyahıya Çin, BƏƏ, Türkiyə, Kipr, İsveçrə, Monqolustan və Özbəkistan şirkətləri də daxil edilib.

Sanksiyalara Rusiya Sənaye və Ticarət Nazirliyinin rəis müavini Aleksey Besprozvannıx, Rusiya energetika nazirinin müavini Anastasiya Bondarenko, Rusiya fövqəladə hallar nazirinin müavini Aleksey Serko və s. daxildir. Həmçinin Çeçenistan Respublikası hökumətinin sədr müavini Yakub Zakriyevə qarşı da sanksiyalar tətbiq edilib.

İrlandiya, Latviya, Kipr və Türkiyə vətəndaşları da siyahıya əlavə edilib.

Sanksiyalar banklar, sənaye və ticarət firmaları, enerji sektoru şirkətləri və təhsil müəssisələrini əhatə edib.