QR CodeQR Code

ABŞ-ın Rusiyaya yeni sanksiyası Türkiyəni də “vurdu”

2 Nov 2023 22:32

IslamTimes - Noyabrın 2-də ABŞ Rusiya üçün sanksiya siyahısına 150-dən çox qurumu, o cümlədən 37 fiziki şəxsi əlavə edib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Qara siyahıya Çin, BƏƏ, Türkiyə, Kipr, İsveçrə, Monqolustan və Özbəkistan şirkətləri də daxil edilib.

Sanksiyalara Rusiya Sənaye və Ticarət Nazirliyinin rəis müavini Aleksey Besprozvannıx, Rusiya energetika nazirinin müavini Anastasiya Bondarenko, Rusiya fövqəladə hallar nazirinin müavini Aleksey Serko və s. daxildir. Həmçinin Çeçenistan Respublikası hökumətinin sədr müavini Yakub Zakriyevə qarşı da sanksiyalar tətbiq edilib.

İrlandiya, Latviya, Kipr və Türkiyə vətəndaşları da siyahıya əlavə edilib.

Sanksiyalar banklar, sənaye və ticarət firmaları, enerji sektoru şirkətləri və təhsil müəssisələrini əhatə edib.


Story Code: 1092994

News Link :
https://www.islamtimes.org/az/news/1092994/abş-ın-rusiyaya-yeni-sanksiyası-türkiyəni-də-vurdu

Islam Times
  https://www.islamtimes.org