0
Thursday 10 May 2018 - 13:58

Laçında yeni otel, supermarket və şadlıq evi tikintisinə başlanıldı

Story Code : 723674
Ermənilər 26-cı ildir işğal altında saxladıqları Laçın rayon mərkəzində yeni otel, şadlıq evi və supermarket kompleksi tikintisinə başlayıblar. 

Moderator “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda özünü Laçının “meri” kimi təqdim edən Artyom Sarıbekyan separatçı saytlara məlumat verib. 

Laçında yeni otel, supermarket və şadlıq evi tikintisinə başlanıldı - FOTOLAR

Sahibkarlardan biri Laçında rayonun Hüsülü kəndindəki “Məlik Aykaz sarayı” adlandırılmış məşhur Həmzə Sultan sarayına bənzər kompleks tikməyə qərar verib. 

Kompleks ərazisində mehmanxana, supermarket, şadlıq evi və əyləncə mərkəzi olacaq.

Xatırladaq ki, ermənilər hələ 2007-ci ildə Həmzə Sultan sarayının qalıqları üzərində otel tikiblər.
Source : Nur-az.com
Tagged
azərbaycan
Comment