0
Wednesday 27 June 2012 - 19:42

“Mənim atam azad insandır”

Story Code : 174832
“Mənim atam azad insandır”
“Mənim atam azad insandır”
Şərlənərək həbs olunmuş ruhani Hacı Abgül Süleymanovun oğlu 6 yaşlı Məhəmməd Cavad Süleymanovun müsahibəsi:

Məhəmməd Cavad atan haqqında nə deyə bilərsən?

Atamı çox istəyirəm. O həmişə evdə xeyirxahlıqdan, vətənpərvərlikdən, dindən, imandan danışırdı.

Vətənpərvərlik haqqında nə deyirdi?
Qarabağdan çox danışırdı. Deyirdiki bizim birinci vəzifəmiz Qarabağı azad etməkdi. Axı biz qeyrətli müsəlman xalqıq. Qeyrətli millətin namusu, torpağı əsarətdə olmaz. Deyirdi ki, canımızı da vətənə qurban verməyə hər an hazır olmalıyıq. Əmimdən çox danışardı. Deyirdi ki, əmim Qarabağ döyüşlərində şəhid olub.
Mənim əmim vətənin azadlığı üçün şəhid olub, atam isə hicabın azadlığı üçün gedən mübarizədə tutularaq 11 ay aydır ki, MTN-də pis şəraitdə saxlanılır. Əmimi başa düşdüm ki, düşmənlərimiz tutub, şəhid ediblər. Bəs atamı kimlər tutub, incidirlər?

Məhəmməd Cavad əminin şəhid edilməsi və atanın haqq uğrunda həbs olunması səndə hansı hissləri yaradır?

Mən əmim və atamla fəxr edirəm. Onlar öz canlarını böyük hədəf uğrunda qurban veriblər. Mən Allahdan hər gün onlar üçün dua edirəm və Allahdan bu qurbanlığı onlardan qəbul etməsini diləyirəm. Atamda əmim haqqında belə dua edərdi.

Atanla görüşmüsən?
Bəli, məhkəmə vaxtı gördüm.

Atanı gördükdə nə fikirləşdin?
Mən atamla 10 ay ayrılıqdan sonra sonra gördüm ki, onda heç bir fərq olmayıb. Başa düşdüm ki, onun üçün bayırda ya zindanda olmağın heç bir fərqi yoxdur. Onun üçün əsas Allahın razılığıdır. İnşallah Allah ondan razıdır. Çünki o Allahın hər bir işinə razıdır.

Başa düşdüm ki, mənim atam azad insandır. O öz sözünü heç nəyə baxmayaraq qorxmadan deyir. Zindanda olsa da azaddır. Atam demişdi ki, Allahın hökmü qadağan olunduğu vaxtda qorxudan səsini ucalda bilməyənlər, Allahın hökmünü müdafiə etməyənlər, bayırda olsa da məhbusdur, azad deyil. Məndə atam kimi fikirləşirəm.
Mənim atam böyük və azad insandır. Allah ona layiqli ölüm olan şəhadət nəsib etsin. Allah sizdəndə razı olsun.

Atan kimi olmaq istəyərsən?
Atam kimi mübariz olacam məndə.

Sağol Məhəmməd Cavad suallarımızı cavablandırdın

Siz sağolun.
Source : islamazeri
Comment