1
Saturday 21 July 2012 - 18:49

Rüfət Mehdiyev : Zillət bizdən uzaqdır

Story Code : 180921
Rüfət Mehdiyev : Zillət bizdən uzaqdır
Rüfət Mehdiyev : Zillət bizdən uzaqdır
Xəbər verdiyimiz kimi, 6 may 2011-ci ildə "Hicaba azadlıq " aksiyasında saxlanılan və Nərimanov Rayon məhkəməsinin hökmü ilə 2 il həbs olunan Rüfət Nuriyev həbsxanadan buraxılıb. Azadxeber.org saytının əməksaşı Rüfət Mehdiyevlə görüşərək ondan müsahibə alıb. Müsahibəni sizlərə təqdim edirik.

Allahın salamı olsun sizə necəsiniz.?

Sağolun Allaha min şükür yaxşıyam və yaxşıyıq. Mən zindanda yatan qardaşların adındanda dedim bu sözü biz yaxşıyıq sizdə yaxşı olun.

14 ay bundan öncə "Hicaba Azadlıq" şüarı altında Təhsil Nazirliyi binasının önündə etiraz aksiyası keçirildi. Bildiyimizə görə, sizdə orada iştirak etmisiniz. Və bu səbəbə görə həbs edilərək 2 il müddətinə azadlıqdan məhrum edildiniz. Bu əməlinizə görə, yəni həbs edilib azadlıqdan məhrum olmağınız üçün peşmansınızmı?

Xeyr peşman deyiləm peşman olmayacamda. Hicab bizə Həzrəti Fatimə (s.ə)-dan qalan yadigar və əmanətdir. Həzrəti Zəhranın qeyrətinı, əmanətini qorumaq bizə vacibdir. Bu qeyrət bizim şəxsi qeyrətimizdəndə üstündür. Çünki bizə qeyrəti öyrədən elə Həzrəti Zəhranın özüdür. Budur ki, qeyrətimizə əl uzadanların əllərini sındırarıq! İnşallah elə, belədə olacaqdır.

14 aylıq zindan həyatı sizə nələri öyrətdi? Yəni bu həyatda necə yaşamağı öyərətdi?

Zindanda keçirtdiyim 14 ay mənə mübariz olmağı öyrətdi. Mövlamız İmam Hüseyn (ə) kimi mübariz olmağı. Mən bu 14 ay ərzində zindanda bu yoldan, İmam Hüseynin şəhadət müqavimət yolundan ancaq mübariz olmağı, sözün əsl mənasında kişiliyi, haqq tələb etməyi zalimə beyət etməyin haram olduğunu öyrəndim.

Həbsdə qalan Hicab məhbuslarının çöldə rahat gəzən biz dindarlara bir mesajları varmı?

Var! Həm mesajları var həm də təsəlliləri var. Mesaj, daima mübarizəni davam etdirmək olub. Ta ki, Hicab problemi həll edilməyib, həll edilənə qədər susmamaq mübarizə aparmaq. Budur biz zindan əhlinin çölə mesajı. Təsəllimiz isə, şəhadətə qədər mübarizə aparmaq! Şəhid olana qədər haqq yolunda, Hicabın azad olunması uğrunda mübarizədə, Hicab məhbuslarıda çöldə qalan qardaşlarla bir yerdədirlər. Şəhadətə qədər bir yerdə mübarizə aparmaq.

Sizdən öncə Hicab Məhbusu Çingiz Novruzov azadlığa buraxılarkən müsahibəsində belə bir söz işlətdi: "İnsan var azadlıqda zindandadır, insan var zindanda azadlıqdadır." Sizin fikriniz bu barədə necədir?

Çöl böyük zindandır içəri isə balaca zindan. Bu dünya elə zindandır. Və istər çöldə istər içəridə ibrət alınası çox şeylər vardır. Bu barədə Hacı Tale gözəl bir söz dedi. Hacı vurğuladı ki, bura bir Akademiyadır. Zindan İmam Museyi Kazım (ə)-ın akademiyasıdır. Bizlər bu akademiyaya gəlib dərs alırıq. Şükürlər olsun Allaha ki, bu akademiyada bizlər elm öyənə bildik və biliyimizi dahada çox artırmaq şansını əldə etdik.

Əgər yenə "Hicaba azadlıq" şüarı altında etiraz aksiyası keçirilsə qatılacaqsanmı?

Biz Hüseynçiyik. Şüarımızda "Heyhat minnə Zilləh" Zillət bizdən uzaqdır. Biz heç zaman zalımlara beyət etməyəcəyik. Bütün Hicab məhbusları etiraz edib həbsə atılanda fikirləri əqidələri necə idirsə indi ondan 100 dəfə daha keyfiyyətli və çoxdur.

Müsahibə verdiyiniz üçün çox sağolun. Allah sizləri hifz etsin və movlanız İmam Hüseynin şəfaətindən bi nəsib etməsin! Amin!

Azadxeber.org Müsahibəni aldı Natiq Əhmədov
Source : Azadxeber
Comment