0
Monday 10 September 2012 - 20:03

Hacı Mirmehdi: “Hicab problemində dövlət daxilində olan müəyyən qüvvələrin marağı var”

Story Code : 194394
Hacı Mirmehdi: “Hicab problemində dövlət daxilində olan müəyyən qüvvələrin marağı var”
Hacı Mirmehdi: “Hicab problemində dövlət daxilində olan müəyyən qüvvələrin marağı var”
Ötən ilin may ayının 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olan Elşad İsgəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gündən artıq vaxt ötür. Bülbülə ilahiyyatçılarından Hacı Mirmehdi Darafərin Elşad İsgəndərovun ötən 100 gün ərzindəki fəaliyyətini Deyerler.Org-a açıqlamasında dəyərləndirib.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İsgəndərovun öz vəzifəsinin icrasına başlamasından 100 gündən çox keçib. Elşad İsgəndərovun ötən 100 günlük fəaliyyətini necə dəyərləndirirsiz?

- Bismillahi-Rahmanir-Rahim. Elşad müəllimin vəzifəyə təyin olunması ilə Azərbaycanın müsəlman camiəsində belə ümidlər yaranmağa başladı ki, ölkədə dövlətlə dindarlar arasında olan mənfi münasibətlər soyumağa başlayacaq. Yəni Elşad müəllim bir körpü kimi görüldü. Əlbəttə, bu işartılar da görsəndi. Bir qədər müəyyən məsələlərdə müsbət addımlar da atıldı. Elşad müəllimin gələcək fəaliyyətlərində görülən işlərdən də daha artıq addımlar gözləyirik. Ümid edirik ki, bu belə də olacaq.

- Sizcə, bütün inanclı mühiti narahat edən məktəblərdə hicab problemində yaxın müddətdə irəliləyiş olacaqmı?

- Hicab məsələsi Azərbaycan inanclılarının ən başlıca problemidir. Biz bu məsələni sırf Dini Komitənin fəaliyyəti ilə bağlamırıq. Biz bu məsələdə dövlət daxilində olan müəyyən qüvvələrin maraqlı olduğunu görürük. Əlbəttə ki, ümid edirik ki, məsələ müsbət həll olunacaq. Son bir neçə ildə neçə-neçə dindar balamız tədrisdən kənarda qalıblar. Elə təqdim eləməyə çalışdılar ki, guya valideynlər uşaqları məktəblərə buraxmırlar. Öz günahların da valideynlərin boynuna yıxmağa çalışdılar. Bu, elə bir problemdir ki, hətta xristian ölkələrində belə bir problem yoxdur və orada müsəlman uşaqları hicablı şəkildə məktəblərdə rahat şəkildə təhsil alırlar. Onların hicabına heç kim toxunmur. Amma Azərbaycanda, təəssüflər olsun ki, bir gün pasportlarda hicabı qadağan edirlər, bir gün məktəblərdə qadağan edirlər. Sabah da belə çıxır ki, deyəcəklər ki, yalnız məscidə daxil olarkən hicab taxın. Bunları kim eləyir? Bu qadağaları müsəlmanmı eləyir, yoxsa müsəlman cildinə girmiş qeyri-müsəlmanlar?

Əlbəttə, qanında müsəlman qanı olan məmurlar bilməlidirlər ki, öz müsəlman vətəndaşlarının haqlarını tanımaq lazımdır. Biz çox ümid edirik ki, bu dərs ilində hicab problemi həll olacaq. Biz adətən görürük ki, ölkədə olan məmur özbaşınalıqlarına prezidentin müdaxiləsi ilə son qoyulur. Ümid edirik ki, prezident bu məsələyə də müdaxilə edəcək və problem tamamilə həll olacaq.
Source : Deyerler
Comment