0
Thursday 20 September 2012 - 22:18

Azərbaycan İslam Partiyasının böhtanlara cavabı

Story Code : 197190
Azərbaycan İslam Partiyasının böhtanlara cavabı
Azərbaycan İslam Partiyasının böhtanlara cavabı
Dünən yerli elektron mətbuatda Cümşüd Nuriyev Azərbaycan İslam Partiyasının Azərbaycanda terror törədəcəyini bildirib. AİP–in siyasi məsələlər üzrə müavini Akif Heydərli islaminsesi.az saytına müsahibəsində bu böhtanlara cavab verib.

-Akif bəy, C.Nuriyevin sözügedən böhtanını necə şərh edərdiz?

-Mən bu iddiaya siyasi dildə deyil, adi xalq dilində cavab vermək istərdim.
Bizdə bir məsəl var, deyərlər, növbə çatdı fitata. Əslində Fitat adlı oğlan da olub. O, sadəcə ağıldan bir az kəm, həm də bir qayda olaraq eşitdiklərinin ən axırıncısını təkrar etməklə söz deyərmiş, yəni bu “növbə” məsələsi də söz demək növbəsi kimi başa düşülür.

Mən son çıxışlarımın birində bildirmişdim ki, allahsız sosializm rejimi dövründə islamçıları fundamentalistlər, ekstremistlər adlandırıb üstlərinə gedərdilər. Dinimizlə müxalifətçilik, düşmənçilik avropaya, ABŞ-a addadıqdan sonra dəbdə olan son söz “islamçı terroristlər”dir. Yəqin ki, islam haqqında sonuncu söz bəzi siyasətbazların özlərini ağalarının yanında açıq gözlü göstərmək üçün bir tutacaqdır. C.Nuriyevin çıxışında isə həm də prezident və onun yaxınlarını “terror təhlükəsindən” qorumaq kimi “ağıllı” fikir də var.

Mən dövlət rəhbərinin adı altında qanqal kimi bitib başqalarına sancılmaqdansa, ona faydalı bir iş görüb insanların duyğusuna xoş rahiyyə bəxş etməyi məsləhət bilərdim. Bir də ki,siyasətbaz olanda nə olar. Adamın üzündə həya, abır olar, xüsusən azərbaycanlı olasan, müsəlman olasan.

-İslam Partiyası kimin əzizinə qarşı indiyə kimi terror edib axı?


-Özünü guya müsəlmanların təəssübkeşi kimi göstərib saylarının azalması dərdini çəkən Cümşüd bəy bilməlidir ki, müsəlmanların sayı düşmənlərinin törətdikləri müharibələrlə deyil, öz içərilərindən olan dönüklərin, islama, islamçılara şər və böhtan, iftira atanların şeytani əməlləri hesabına azala bilər.
Mən mənəvi baxımdan C. Nuriyevin çıxışını şeytana xidmət kimi başa düşürəm. Gah nala, gah mıxa vurması daha çox stresə düşmüş adamı xatırladır.

-Bəs bu çıxışa hüquqi qiymət veriləcəkmi?

-C. Nuriyevin bir qurum, onun on minlərlə üzvü haqqında sayıqlamalarına yəqin ki, hüquqi qiymət veriləcək.
Sonda bir şeyi də demək istəyirəm. İslamda həqiqəti anlayıb tezlikə düz yola gələnlər sevinər, gecikənlər ən azı dünəninə nifrət edər, Allahın dərgahına üzüqara qayıdarlar.
Source : İslaminsesi
Comment