0
Saturday 26 January 2013 - 12:53

Hacı Tale Bağırov İsmayıllı hadisələrindən danışdı

Story Code : 234776
Hacı Tale Bağırov İsmayıllı hadisələrindən danışdı
Hacı Tale Bağırov İsmayıllı hadisələrindən danışdı
Bu mövzu ilə bağlı "Xebername.org" saytı ruhani Hacı Tale Bağırovdan münasibət öyrənib.

Hacı Tale hadisələrin bu formada şişməsinə səbəb kimi yerli icra məmurlarının özbaşnalığını göstərib.
O sözlərinin davamında deyib:

"Ümumilikdə İsmayıllıda baş verən hadisələrin sıradan bir hadisə olmadığını bildirmək istəyirəm. Bu hadisələrin qaynaqlandığı səbəblər var. Bu səbəbləri araşdırmalıyıq ki, İsmayıllı əhalisinin etirazı nədən ibarətdir? Birmənalı olaraq desək ki, bu hadisələr məmur oğlunun özbaşınalığından sonra baş verib, bu fikir düzgün olmaz. İsmayıllı əhalisinin etirazı göstərdi ki, bu sıradan bir məsələ deyil. Bu mövzunu bir şəxsin boynuna atıb şəxsiləşdirmək olmaz. Etirazlar sırf hökümətə olub . Xüsusilə torpaq sahələrinin İcra hakimiyyəti və bələdiyyə tərəfindən qanunsuz şəkildə satılması, əhaliyə qarşı olan ədalətsizliklər etiraza səbəb olub".

Hacı Tale Bağırov İsmayıllı rayonundakı hadisələri yaxından izlədiyini qeyd edərək deyib:
"Bunuda qeyd edim ki, mənim qohumlarım İsmayıllıda yaşadığına görə (Hacı Tale Bağrov əslən İsmayıllı rayonundandır) orada olan İsmayıllı camaatına necə zülm olması haqqında məlumatım var. Bir neçə vaxtdır ki, İsmayıllı camaatı narahatdır ki , onlara yerli hakimiyyət və icra hakimiyyəti tərəfindən zülm olunur. Bu zülmlərin nəticəsi özünü göstərməkdədir ki, artıq insanlar bezib,etiraz səslərinin ucaldırlar ki, bu cür hakimiyyət olmaz , xalqa zülm etməyin!. Hər bir vətəndaş da İsmayıllı əhalisinə dəstək verməlidir. Hökümət dairələrini və prezident tərəfindən təyin olunan İcra hakimiyyətlərinin sədrlərinin istefasını tələb etməlidirlər".

İlahiyyatçı alim sözlərinin davamında bu hadisələrin digər özbaşnaçılıq edən məmurlara dərs olacağı, amma onarın nəticə çıxarmamaları təqdirdə vəziyyətin dəyişmə ehtimalının çox olacağını deyib:
"Bu məsələnin təkcə İsmayıllı rayonuna aidiyyatı yoxdur. Bu hadisələr Azərbaycanın hər bir şəhərində və rayonunda baş verir. Bu hadisələrdən sonra islahatlar olmasa və məsələ olduğu kimi qalsa , bu məsələlər artıq başqa rayonlarada sıçrayacaq, şəhərlərə gəlib çatacaq və buda hakimiyyətin sonu deməkdir. Bir sözlə Quba üsyanı, 5 oktyabr hicaba azadlıq aksiyası, əsgər ölümü ilə bağlı keçirilən aksiya, Binə ticarət mərkəzində baş verən haqsızlıqlar və xüsusilə Azərbaycanın gündəmini əvəz edən İsmayıllı hadisələri və sair sadalamadığımız olayları nəzərə alıb Azərbaycan hakimiyyətinə tövsiyə edirik ki,vətəndaşların haqlı tələblərini yerinə yetirsin,onların hüquqların bərpa etsin. Əgər islahatlar apara bilmirlərsə xalqın iradəsinin qarşısında güc nümayiş etdirməkdənsə hakimiyyətdən getmələri daha məqsədə uyğundur".
Source : Xebername
Comment