0
Monday 4 March 2013 - 04:04

Vaxt gələcək dindarlardan üzr istəyəcəklər

Story Code : 244015
Vaxt gələcək dindarlardan üzr istəyəcəklər
Vaxt gələcək dindarlardan üzr istəyəcəklər
- Azərbaycanda bir çox partiyalar rəsmi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Respublikanın ilk yaranmış partiyalarından olan və 20-ildən artıq, real-siyasi fəaliyyət göstərən AİP-in qeydiyyata alınmamasını nə ilə izah edərdiniz?

İnsan gərək optimist ola, xüsusən də biz islamçılar. Biz heç vaxt ruhdan düşməməliyik, həmişə haqqın ədalətin qələbə çalmağına ümüd bəsləməliyik. İnamımızı itirmədən mübarizə aparmalıyıq. Əminəm ki, gec-tez cəmiyyətdə haqq-ədalət öz yerini tutacaq və qanunlara da əməl olunacaq. Onda nəinki qeydiyyat məsələmiz, hətta digər sahələrdə pozulan haqlarımız da bərpa olunacaq. Həmişə belə gedə bilməz. Yəqin ki, tezliklə Azərbaycanda olan İslam və islamçılara qarşı olunan haqsızlıqlara nəinki son qoyular, hətta buna görə onlardan üzr də istənilər. Mövzuya qayıdıb yekunda bir daha deyirəm ki, qeydiyyata görə biz nikbin ruhiyyədəyik. Çünki xalqın böyük əksəriyyəti bizi sevir, dəstəkləyir və başlıca bizə inanır. Bu isə mühüm amildir. Ona görə ki, xalqın iradəsi böyük qüdrətə, sözə malikdir.

- Azərbaycanda bir çox partiyaların fəaliyyəti mövcuddur. Bu partiyaların idealoji əsaslarının təsnifatlaşdırlmasını nə cür dəyərləndirirsiniz?

Ümumiyyətlə hər hansı bir partiyanın adından asılı olmayaraq əgər məqsədi xalqına, millətinə və dövlətinə xidmət olmayacaqsa, onun nəinki o adı daşımasına, hətta varlığına belə lüzum yoxdur.

- Hacı, bir çox dindarlar və din xadimləri vurğurayırlar ki, din siyasətdən ayrıdır. Sizin bu məsələyə fikiriniz?

Bu sözü deyənlərin hansı mənbəyə əsaslandığını bilmirəm, lakin bir şeyi dəqiq bilirəm ki, Allah bəşəri yaradıb və ona proqram təyin edib. Nə müqəddəs Qurani Kərimdə, nə də ki, məsum İmamlar tərəfindən belə bir söz deyilməyib ki, din siyasətən ayrıdır.

- Azərbaycanda dini idealogiya hansı şərtlər üzərində qurulur?

Çox təəssüf ki, hal-hazırda dini siyasətdən təcrid edirlər. Buna baxmayaraq yenə də din və dindarlardan əl çəkmirlər. Beynəlxalq təşkilatların sifarişi ilə İslam və islamçıları nəzarət və təzyiqlər altında saxlamağa çalışırlar. Əslində din, xüsusi ilə də İslam dini bundan əvvəldə vurğuladığım kimi Allah tərəfindən bəşəriyyətə göndərilmiş proqram, yaşam tərzi kimi göndərilib. Amma bunlar Allah qanunlarına itaət etmək əvəzinə, çalışırlar ki, qanunlar onlara tabe olsun.

- Azərbaycan müsəlman ölkələri arasında bəlkə də, yeganə dövlətdir ki, dinlər və təriqətlərarası ziddiyət yaşamır. Sizcə bu nədən irəli gəlir?

Azərbaycan yeganə olmasa da bu kimi dövlətlərin sırasında gedən bir dövlətdir. Bu da xalqımızın müdrikliyi və böyüklüyündən irəli gəlir. Xalqımız həmişə digərlərinə qarşı olduqca mehriban və sayğılı münasibət sərgiləyib. Hətta ermənilərdən olan yağı düşmənlərin xəyanət və xəbasətinə qarşı belə kin saxlamamışdır. Gör necə ki, bizim üzüyumuşaqlığımızdan istifadə edən bu alçaqlar nəticədə torpaqlarımızı işğal edib, Xocalıda o cür faciə törətdilər. Tolerantlığa gəlincə, bu ümumilikdə İslam dinin gözəlliklərindən olmağına baxmayaraq, millətimiz arasında imanlı və ləyaqətli kişilər olduğuna görə, digərlərinə qarşı həmişə mehriban və mərhəmətli olmuşlar.
Source : Faktxeber
Comment