0
Tuesday 14 September 2010 - 13:15

QƏRB NARAHATDIR

Story Code : 37090
QƏRB NARAHATDIR
QƏRB NARAHATDIR
Vaşinqton Transatlantik Araşdırmalar Mərkəzinin əməkdaşı Kimana Sulueta-Fulşer “Turan”a müsahibə verib. Bir neçə dəfə ATƏT-in seçkiləri müşahidə missiyasının tərkibində olmuş xanım Sulueta-Fulşer demokratiya sahəsində Avropa siyasəti, Avropa dövlətlərinin xarici siyasətinin uzlaşdırılması üzrə araşdırmaçı kimi tanınır.

- Azərbaycanda noyabrda keçiriləcək parlament seçkisi nəzərə alınmaqla demokratiya və insan hüquqlarının səviyyəsini necə qiymətləndirərdiniz?

- Əlbəttə, narahatlıq üçün ciddi səbəblər var. Azərbaycan hökuməti beynəlxalq ictimaiyyəti demokratiyaya sadiq olduğuna və insan hüquqlarına hörmət etdiyinə inandıra bilmir. Parlament seçkisi Azərbaycan dövləti üçün bu vəziyyəti yaxşılaşdırmağa hazır olduğunu nümayiş etdirmək üçün şansdır. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı qeyri-demokratik ölkə kimi təsvir edir, ancaq bu, dövlətin müsbət istiqamətdə irəliləyiş əldə edə biləcəyini istisna etmir. Azərbaycan dəyişikliklər həyata keçirmək üçün vəsaitə və beynəlxalq dəstəyə malikdir və hökumət bu imkanlardan istifadə etməlidir.

- Qərb üçün Azərbaycanın əhəmiyyəti nədən ibarətdir və niyə tərəfdaş ölkələr Azərbaycanda hazırkı vəziyyətlə barışırlar?

- Azərbaycan Qərbin müttəfiqidir. Əlbəttə, insan hüquqlarına hörmətin olmadığına görə yox. Belə bir fikir mövcuddur ki, Azərbaycan hökuməti ilə daha az əməkdaşlıq etmək və ona daha çox təzyiq etmək mütləq demokratiya və insan hüquqlarına daha çox hörmətə gətirib çıxaracaq. Mən isə bu qədər nikbin olmazdım.

Məcburiyyət yalnız qlobal miqyaslı olduqda işə yarayır. Lakin Azərbaycan bu təzyiqə baş əyməmək üçün öz geostrateji vəziyyətindən və təkcə Qərb üçün deyil, hər kəs üçün həyati əhəmiyyət kəsb edən mühüm təbii ehtiyatlarından yararlanır. Buna görə Qərb ölkələri və təşkilatları Azərbaycan hökumətini öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və daxildən dəyişmək üçün vətəndaş cəmiyyətini dəstəkləməyə çağıra bilərlər və bunu etməlidirlər.

- Ölkədə insan hüquqları sahəsində vəziyyətin yaxşılaşması sahəsində beynəlxalq təşkilatların rolu nədən ibarət ola bilər? Siz Azərbaycan demokratlarına nə tövsiyə edərdiniz?

- Beynəlxalq təşkilatların rolu həmişə ölkədə baş verənlərin monitorinqindən və bu barədə məlumat yaymaqdan ibarət olub. Məsələn, 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olduqda qurumun rolu bundan ibarət idi. Strasburq Azərbaycanı insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmağa həvəsləndirirdi. Baxmayaraq ki, bu lazımi nəticə vermədi, amma çoxsaylı pozuntuları və cinayətləri ört-basdır etmək mümkün olmadı.

Nə qədər ki, ölkə qanun çərçivəsində yaşamayacaq, onun Avropa Birliyinə və NATO-ya tamhüquqlu üzvlüyü mümkün olmayacaq.
Source : Faktxeber
Comment