QR CodeQR Code

Putin Misir prezidentinə yardıma görə təşəkkür etdi

15 Nov 2023 02:00

IslamTimes - Rusiya Prezidenti Vladimir Putin və Misir Prezidenti Əbdülfəttah Sisi arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Qəzzada son dərəcə ağırlaşan vəziyyəti müzakirə edib, dinc sakinlər arasında ölənlərin sayının artmasından ciddi narahatlıqlarını bildirib və qan tökülməsinin dərhal dayandırılmasının vacibliyini qeyd ediblər.

Tərəflər regiondakı problemin tək həll yolunun işğalçı İsraillə sülh şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılmasında olduğunu söyləyiblər.

Kreml rəhbəri Qəzzadan Rusiya vətəndaşlarının təxliyəsində Misirin göstərdiyi əhatəli yardıma görə həmkarına təşəkkürünü çatdırıb.


Story Code: 1095760

News Link :
https://www.islamtimes.org/az/news/1095760/putin-misir-prezidentinə-yardıma-görə-təşəkkür-etdi

Islam Times
  https://www.islamtimes.org