0
Wednesday 15 November 2023 - 02:00

Putin Misir prezidentinə yardıma görə təşəkkür etdi

Story Code : 1095760
Putin Misir prezidentinə yardıma görə təşəkkür etdi
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Qəzzada son dərəcə ağırlaşan vəziyyəti müzakirə edib, dinc sakinlər arasında ölənlərin sayının artmasından ciddi narahatlıqlarını bildirib və qan tökülməsinin dərhal dayandırılmasının vacibliyini qeyd ediblər.

Tərəflər regiondakı problemin tək həll yolunun işğalçı İsraillə sülh şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılmasında olduğunu söyləyiblər.

Kreml rəhbəri Qəzzadan Rusiya vətəndaşlarının təxliyəsində Misirin göstərdiyi əhatəli yardıma görə həmkarına təşəkkürünü çatdırıb.
Comment