QR CodeQR Code

Makrondan sətiraltı mesaj: Ukraynaya nüvə bombası atılacaq?

16 Mar 2024 10:38

IslamTimes - Ukraynada Fransa üçün ekzistensial təhlükənin olduğunu söyləyən Prezident Emmanuel Makron bununla nüvə hücumuna haqq qazandırmaq istəyir.


Teleqraf.com xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo deyib.

“Makron Ukrayna məsələsində Fransa üçün ekzistensial təhlükədən danışanda tamamilə yanılır. Belə sözlərlə nüvə hücumuna haqq qazandıra bilər”, - Filippo bildirib.

Siyasətçi insanlar arasında gərginlik və qorxu yaratmağa çalışan Fransa liderinin bəyanatını dəlilik və məsuliyyətsizlik kimi qiymətləndirib.

“Dünyanın bütün gücləri bunu cavabsız qoymamalıdır”, - Filippo vurğulayıb.

 


Story Code: 1122897

News Link :
https://www.islamtimes.org/az/news/1122897/makrondan-sətiraltı-mesaj-ukraynaya-nüvə-bombası-atılacaq

Islam Times
  https://www.islamtimes.org