0
Saturday 16 March 2024 - 10:38

Makrondan sətiraltı mesaj: Ukraynaya nüvə bombası atılacaq?

Story Code : 1122897
Makrondan sətiraltı mesaj: Ukraynaya nüvə bombası atılacaq?
Teleqraf.com xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo deyib.

“Makron Ukrayna məsələsində Fransa üçün ekzistensial təhlükədən danışanda tamamilə yanılır. Belə sözlərlə nüvə hücumuna haqq qazandıra bilər”, - Filippo bildirib.

Siyasətçi insanlar arasında gərginlik və qorxu yaratmağa çalışan Fransa liderinin bəyanatını dəlilik və məsuliyyətsizlik kimi qiymətləndirib.

“Dünyanın bütün gücləri bunu cavabsız qoymamalıdır”, - Filippo vurğulayıb.

 
Comment