QR CodeQR Code

Ukrayna yeni ərazilər itirdi - Rusiya bayrağı qaldırıldı

17 Mar 2024 16:52

IslamTimes - Rusiya qüvvələri Avdiv vilayəti ərazisində Tonenka və Nevelski kəndlərini ələ keçiriblər. Rusiyanın zirehli kolonu Tonenkodan qərbə doğru irəliləyir.


Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Son geolokasiya görüntüləri həm də Rusiyanın 110-cu motoatıcı briqadasının bölmələrinin Nevelskidə bayraq qaldırdığını göstərir.

Rusiya hərbi mənbələri Ukrayna ordusunun Avdiv yaxınlığında əks-hücumlarının zəiflədiyini bildirirlər. İddiaya görə, ehtiyatları tükənən Ukrayna Silahlı Qüvvələri uzaqdakı mövqelərə çəkiliblər. ISW bu iddianın doğru vurğulayır.

Digər Rusiya mənbələrinin fikrincə, Ukrayna ordusu Avdiv şəhərinin ələ keçirilməsindən sonra kifayət qədər tez bərpa olunub. Ruslar həmçinin Ukrayna qüvvələrinin Avdiv istiqamətində say üstünlüyünə malik olduğunu bildirirlər. ISW ​​bu iddianı da təsdiqləmir. Həmçinin Avdivin qərbində taktiki vəziyyət dinamik olaraq qalır.
 


Story Code: 1123175

News Link :
https://www.islamtimes.org/az/news/1123175/ukrayna-yeni-ərazilər-itirdi-rusiya-bayrağı-qaldırıldı

Islam Times
  https://www.islamtimes.org