0
Sunday 17 March 2024 - 16:52

Ukrayna yeni ərazilər itirdi - Rusiya bayrağı qaldırıldı

Story Code : 1123175
Ukrayna yeni ərazilər itirdi - Rusiya bayrağı qaldırıldı
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Son geolokasiya görüntüləri həm də Rusiyanın 110-cu motoatıcı briqadasının bölmələrinin Nevelskidə bayraq qaldırdığını göstərir.

Rusiya hərbi mənbələri Ukrayna ordusunun Avdiv yaxınlığında əks-hücumlarının zəiflədiyini bildirirlər. İddiaya görə, ehtiyatları tükənən Ukrayna Silahlı Qüvvələri uzaqdakı mövqelərə çəkiliblər. ISW bu iddianın doğru vurğulayır.

Digər Rusiya mənbələrinin fikrincə, Ukrayna ordusu Avdiv şəhərinin ələ keçirilməsindən sonra kifayət qədər tez bərpa olunub. Ruslar həmçinin Ukrayna qüvvələrinin Avdiv istiqamətində say üstünlüyünə malik olduğunu bildirirlər. ISW ​​bu iddianı da təsdiqləmir. Həmçinin Avdivin qərbində taktiki vəziyyət dinamik olaraq qalır.
 
Comment