QR CodeQR Code

UNRWA: Qəzzadakı müharibə uşaqlara qarşı münaqişədir!

إسلام تايمز , 1 Apr 2024 02:41

IslamTimes - Sionist rejimin vəhşiliyi nəticəsində 33 minə yaxın fələstinli həyatını itirib. Statistikalar qurbanların 70%-dən çoxunun qadın və uşaqların olduğunu göstərsə də, bu, Amerika və Qərb hakimiyyətlərinin susqunluğu ilə müşayiət olunur!


"Əl-Cəzirə"nin məlumatına görə, BMT-nin "Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi" (UNRWA) bu gün Qəzzadakı müharibənin uşaqlara qarşı münaqişə olduğunu açıqlayıb!

Bu qurum sionist rejimin məhv etdiyi infrastrukturun miqdarına toxunaraq qeyd edib: "Oktyabrın 7-də müharibə başlayandan bəri Qəzzada UNRWA-nın nəzarətində olan yüzdən çox məktəb sionist qüvvələr tərəfindən dağıdılıb..."

UNRWA bildirib: "Bu məktəblərin, uşaqlara aid təhsil infrastrukturlarının dağıdılması elə bir şəraitdə baş verir ki, bu mərkəzlərin bir çoxu fələstinli qaçqınlar tərəfindən sığınacaq kimi istifadə edilir. İndi Qəzzada heç bir məkan dinc sakinlər üçün təhlükəsiz deyil!"

Mülki əhalinin öldürülməsini pisləyən BMT-yə bağlı bu təşkilat əlavə edib: "Bu müharibə uşaqlara qarşı müharibədir! Bu, onların uşaqlığına və gələcəyinə qarşı müharibədir!"


Story Code: 1126159

News Link :
https://www.islamtimes.org/az/news/1126159/unrwa-qəzzadakı-müharibə-uşaqlara-qarşı-münaqişədir

Islam Times
  https://www.islamtimes.org