0
Monday 1 April 2024 - 02:41

UNRWA: Qəzzadakı müharibə uşaqlara qarşı münaqişədir!

Story Code : 1126159
UNRWA: Qəzzadakı müharibə uşaqlara qarşı münaqişədir!
"Əl-Cəzirə"nin məlumatına görə, BMT-nin "Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi" (UNRWA) bu gün Qəzzadakı müharibənin uşaqlara qarşı münaqişə olduğunu açıqlayıb!

Bu qurum sionist rejimin məhv etdiyi infrastrukturun miqdarına toxunaraq qeyd edib: "Oktyabrın 7-də müharibə başlayandan bəri Qəzzada UNRWA-nın nəzarətində olan yüzdən çox məktəb sionist qüvvələr tərəfindən dağıdılıb..."

UNRWA bildirib: "Bu məktəblərin, uşaqlara aid təhsil infrastrukturlarının dağıdılması elə bir şəraitdə baş verir ki, bu mərkəzlərin bir çoxu fələstinli qaçqınlar tərəfindən sığınacaq kimi istifadə edilir. İndi Qəzzada heç bir məkan dinc sakinlər üçün təhlükəsiz deyil!"

Mülki əhalinin öldürülməsini pisləyən BMT-yə bağlı bu təşkilat əlavə edib: "Bu müharibə uşaqlara qarşı müharibədir! Bu, onların uşaqlığına və gələcəyinə qarşı müharibədir!"
Comment