QR CodeQR Code

Sionistlər heç vaxt öz nəhs məqsədlərinə çatmayacaqlar

SaharTV , 2 Apr 2024 15:25

]سمشئفهئثس - İran prezidenti sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə qarşı raket hücumu üzrə terror cinayətinə reaksiyada deyib: Sionistlər bilsinlər ki, insanlıqdan uzaq olan bu kimi hərəkətlərlə heç vaxt öz nəhs məqsədlərinə çatmayacaqlar.


Seyid İbrahim Rəisi əlavə edib: Müqəddəs Müdafiə dövrünün şücaətli komandirləri, döyüşçüləri və müharibə əlillərindən olan mübariz sərkərdələr Suriyada paklıq Əhli-Beyti(ə) hərəminin müdafiəsi yolunda baş məsləhətçi kimi iştirak edirdilər və başıucalıqla şəhidlər karvanına qoşuldular.
İran İslam Respublikası prezidenti vurğulayıb: Müqavimət cəbhəsi döyüşçülərinin iman və iradələri qarşısında ardıcıl məğlubiyyət və uğursuzluqdan sonra özünü xilas etmək üçün çabalayan qəsbkar sionist rejim kor-koranə terrorları gündəmə gətirib. Amma bilməlidir ki, bu cür qeyri-insani hərəkətlərlə heç vaxt öz nəhs məqsədlərinə çatmayacaq və  müqavimət cəbhəsinin günü-gündən güclənməsinin, eləcə də öz qanunsuz mahiyyətinə qarşı azad xalqların nifrət və hiddətlərinin şahidi olacaq/ və bu namərdcəsinə cinayət də/ cavabsız qalmayacaqdır.
 


Story Code: 1126318

News Link :
https://www.islamtimes.org/az/news/1126318/sionistlər-heç-vaxt-öz-nəhs-məqsədlərinə-çatmayacaqlar

Islam Times
  https://www.islamtimes.org