0
Tuesday 2 April 2024 - 15:25

Sionistlər heç vaxt öz nəhs məqsədlərinə çatmayacaqlar

Story Code : 1126318
Sionistlər heç vaxt öz nəhs məqsədlərinə çatmayacaqlar
Seyid İbrahim Rəisi əlavə edib: Müqəddəs Müdafiə dövrünün şücaətli komandirləri, döyüşçüləri və müharibə əlillərindən olan mübariz sərkərdələr Suriyada paklıq Əhli-Beyti(ə) hərəminin müdafiəsi yolunda baş məsləhətçi kimi iştirak edirdilər və başıucalıqla şəhidlər karvanına qoşuldular.
İran İslam Respublikası prezidenti vurğulayıb: Müqavimət cəbhəsi döyüşçülərinin iman və iradələri qarşısında ardıcıl məğlubiyyət və uğursuzluqdan sonra özünü xilas etmək üçün çabalayan qəsbkar sionist rejim kor-koranə terrorları gündəmə gətirib. Amma bilməlidir ki, bu cür qeyri-insani hərəkətlərlə heç vaxt öz nəhs məqsədlərinə çatmayacaq və  müqavimət cəbhəsinin günü-gündən güclənməsinin, eləcə də öz qanunsuz mahiyyətinə qarşı azad xalqların nifrət və hiddətlərinin şahidi olacaq/ və bu namərdcəsinə cinayət də/ cavabsız qalmayacaqdır.
 
Source : SaharTV
Comment