QR CodeQR Code

Amerikalı parlamentari: İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu ağılsızlıq idi

إسلام تايمز , 7 Apr 2024 22:01

IslamTimes - ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin rəhbəri bildirib ki, Vaşinqtonun Tehranı münaqişədən uzaq tutmaq səyləri fonunda İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ağılsız bir iş olub.


ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Mayk Turner bazar günü axşam saatlarında xəbərdarlıq edib ki, bölgədəki amerikalılar hələ də risk altındadır.

O, CNN xəbər kanalına müsahibə verdiyi zaman deyib: "İranın Dəməşqdəki konsulluğu qanuni məqsəd idi, lakin Tehranı münaqişədən kənarda saxlamağa çalışdığımız bir zaman belə bir hücum heç də ağıllı addım olmayıb!"

İsrail rejiminin qırıcıları bazar ertəsi axşam beynəlxalq və diplomatik qanunları pozaraq İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücum ediblər. Bu hücumda briqada generalı Məhəmməd Rza Zahedi və Suriyadakı bir neçə iranlı hərbi müşavir şəhid olub.

Bolqarıstan, Liviya, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya daxil olmaqla bir sıra ölkələr hücumu pisləyib.


Story Code: 1127444

News Link :
https://www.islamtimes.org/az/news/1127444/amerikalı-parlamentari-israilin-dəməşqdəki-iran-konsulluğuna-hücumu-ağılsızlıq-idi

Islam Times
  https://www.islamtimes.org