0
Sunday 7 April 2024 - 22:01

Amerikalı parlamentari: İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu ağılsızlıq idi

Story Code : 1127444
Amerikalı parlamentari: İsrailin Dəməşqdəki İran konsulluğuna hücumu ağılsızlıq idi
ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin sədri Mayk Turner bazar günü axşam saatlarında xəbərdarlıq edib ki, bölgədəki amerikalılar hələ də risk altındadır.

O, CNN xəbər kanalına müsahibə verdiyi zaman deyib: "İranın Dəməşqdəki konsulluğu qanuni məqsəd idi, lakin Tehranı münaqişədən kənarda saxlamağa çalışdığımız bir zaman belə bir hücum heç də ağıllı addım olmayıb!"

İsrail rejiminin qırıcıları bazar ertəsi axşam beynəlxalq və diplomatik qanunları pozaraq İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücum ediblər. Bu hücumda briqada generalı Məhəmməd Rza Zahedi və Suriyadakı bir neçə iranlı hərbi müşavir şəhid olub.

Bolqarıstan, Liviya, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya daxil olmaqla bir sıra ölkələr hücumu pisləyib.
Comment