0
Thursday 18 April 2024 - 18:39

Əl-Husi: Özünü əsil müsəlman adlandıranlar Quranın düşmən kimi tanıtdığı İsrailin yanındadır!

Story Code : 1129563
Əl-Husi: Özünü əsil müsəlman adlandıranlar Quranın düşmən kimi tanıtdığı İsrailin yanındadır!
Əl-Husi Fələstin xalqına kömək etməyin İslam ölkələrinin çiyinlərində böyük bir məsuliyyət olduğuna diqqət çəkib və deyib: "Ərəb ölkələrinin əksəriyyəti Fələstinə kömək etmədi. Onların bəziləri hətta İsraillə ortaq olub..."

O, təkfirçiliyin cihad adı altında İslama zidd hərəkətlər bir cərəyan olduğuna diqqət çəkərək əlavə edib:
“İslam düşmənləri cihadı təhrif etdilər. Təkfirçi hərəkat müsəlmanları öldürür, məscidləri dağıdır. Cihad adı altında bu hərəkat İraqda dörd mindən çox intihar əməliyyatı həyata keçirib."

Ənsarullah sözçüsü sözünə davam edərək təkfirçi hərəkatın ərəb ölkələrinin geniş dəstəyi ilə bu cinayətləri törətdiyini bildirib: “İsrail, sionistlər Qurana görə İslamın birinci dərəcəli düşməni sayılır. Bəs özünü əsil müsəlman adlandıran təkfirçilik cərəyanı haradadır? İsrailin cinayətkar hərəkətlərinə qarşı niyə susur?"

O, təkfirçilərin Fələstinə heç bir hərbi yardım etmədiyini vurğulayaraq, daha sonra BƏƏ, Səudiyyə Ərəbistanının Fələstin məsələsinə münasibətindən danışıb: "Özlərini ərəb ölkələrinin lideri və dəstəkçisi kimi təqdim edən Səudiyyə Ərəbistanı və BƏƏ Fələstinə heç bir dəstək vermədi. Bu ölkələr yalnız düşmənə xidmət edirdilər və Fələstin məsələsini təkcə mediada İslam dünyasının ilk məsələsi kimi göstərməyə çalışırdılar. Əgər Fələstin xalqının və Livan mücahidlərinin cihadı olmasaydı, İsrailin şərri bütün ölkələrə çatardı. Təbii ki, Amerika və Qərb dövlətləri də İsrailin təcavüzünü dəstəkləyir..."
Comment