0
Thursday 18 April 2024 - 21:21

İsrail Nazirlər Kabinetinin sözçüsü: İranın bizə hücumu "görünməmiş" hücum idi

Story Code : 1129597
İsrail Nazirlər Kabinetinin sözçüsü: İranın bizə hücumu "görünməmiş" hücum idi
İşğalçı İsrail rejiminin Nazirlər Kabinetinin sözçüsü David Manser İran İslam Respublikasının işğalçı İsraili cəzalandırmaq məqsədi ilə sionist rejimə etdiyi hücumu bu günə qədər "görünməmiş" hadisə adlandıraraq, işğalçı İsrailin hazırkı prioritetinin sionist məhbusların azad edilməsi olduğunu bildirib. O bunun üçün sionist rejimin əlindən gələni edəcəyini bildirib.

O, Fələstin Müqaviməti ilə müharibə zamanı, əsas məqsədləri olan tam qələbənin Rəfaha daxil olmaqdan asılı olduğunu bildirib və iddia edib ki, işğalçı İsrailin baş naziri Benyamin Netanyahu Rəfaha hücum vaxtını təyin edib.

Bu sionist məmur Rəfaha hücumla bağlı dəfələrlə açıqlamalar verib. O, bu yaxınlarda bu rejimin Rəfaha hücumu üçün yeni bəhanələr uydurub və iddia edib: "Rəfahda hərbi əməliyyatlara başlamaq məqsədilə sakinlərə sığınacaqlar hazırlayırıq".
Comment