0
Thursday 25 April 2024 - 00:24

Haaqa Məhkəməsi sionist məmurların həbsinə order verə bilər

Story Code : 1130927
Haaqa Məhkəməsi sionist məmurların həbsinə order verə bilər
Bundan əvvəl Middle East Eye internet saytı da xəbər vermişdi ki, işğalçı İsrailın Beynəlxalq Ədalət Məhkəməsinin gələn ayın sonunda bu rejimin yüksək səviyyəli təhlükəsizlik və siyasi məmurlarının həbsinə order verə biləcəyindən narahatdır.

Bu veb-sayt iddia edib ki, işğalçı İsrailin baş naziri Benyamin Netanyahunun da Haaqa Məhkəməsi tərəfindən belə bir qərarla üzləşmə ehtimalı var. Sionist rejimdən Qəzzada soyqırımı dayandırmaq üçün lazım olan hər şeyi etməsini istənilib. Bu məhkəmə həmçinin İsraili bir ay ərzində soyqırımın qarşısını almaq üçün gördüyü bütün tədbirləri Haaqa məhkəməsinə bildirməyi tapşırıb.

Məhkəmənin hakimi bildirib ki, sözügedən hökm işğalçı İsrail üçün beynəlxalq öhdəliklər yaradır. Cənubi Afrika bir neçə ay əvvəl şikayət ərizəsi ilə Beynəlxalq Ədalət Məhkəməsindən doqquz maddə üzrə qərar çıxarmasını istəyib və digər məsələlərlə yanaşı, İsrailin Qəzzada hərbi əməliyyatlarının dayandırılmasını tələb edib.
Comment