QR CodeQR Code

İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər

10 Jan 2014 11:52

IslamTimes - Möhsün Pakayin: İraqdakı qeyri-sabitlik regionun digər ölkələrinə də yayıla bilər.


Səfir qeyd edib ki, İraqın Baş naziri Nuri əl-Maliki terrorçu qruplaşmaların ləğv edilməsi yolu ilə ölkədə təhlükəsizlik və sabitliyi əvvəlki səviyyəyə çatdırmağa çalışır: "İran İraq hökumətinə öz dəstəyini bildirib və bunu davam etdirəcək".
 
O xatırladıb ki, bu yaxınlarda terrorçu qruplaşmalar ölkədə sabitliyi pozmaq üçün İraqın Ənbar vilayətindəki Fəllucə şəhərinə hücum ediblər.
 
M.Pakayin hesab edir ki, beynəlxalq birlik İraq ordusunu dəstəkləməlidir: "İraq hökuməti ölkədə demokratiyanı uğurla qurur. İraqın gələcəyi ümidverici görünür".
 
Onun sözlərinə görə, İraqdakı terrorçu qruplaşmalar ölkənin Suriya ilə əlaqələrini pisləşdirməyə çalışır: "Dünya ictimaiyyəti terrorizmə qarşı vahid cəbhədən çıxış etməlidir". /Trend/


Story Code: 339559

News Link :
https://www.islamtimes.org/az/news/339559/iraqdakı-qeyri-sabitlik-bütün-regiona-yayıla-bilər

Islam Times
  https://www.islamtimes.org