0
Friday 10 January 2014 - 11:52

İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər

Story Code : 339559
İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər
Səfir qeyd edib ki, İraqın Baş naziri Nuri əl-Maliki terrorçu qruplaşmaların ləğv edilməsi yolu ilə ölkədə təhlükəsizlik və sabitliyi əvvəlki səviyyəyə çatdırmağa çalışır: "İran İraq hökumətinə öz dəstəyini bildirib və bunu davam etdirəcək".
 
O xatırladıb ki, bu yaxınlarda terrorçu qruplaşmalar ölkədə sabitliyi pozmaq üçün İraqın Ənbar vilayətindəki Fəllucə şəhərinə hücum ediblər.
 
M.Pakayin hesab edir ki, beynəlxalq birlik İraq ordusunu dəstəkləməlidir: "İraq hökuməti ölkədə demokratiyanı uğurla qurur. İraqın gələcəyi ümidverici görünür".
 
Onun sözlərinə görə, İraqdakı terrorçu qruplaşmalar ölkənin Suriya ilə əlaqələrini pisləşdirməyə çalışır: "Dünya ictimaiyyəti terrorizmə qarşı vahid cəbhədən çıxış etməlidir". /Trend/
Comment